:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Çempionlar Liqasında daha 7 klub 1/8 finala yüksəlib

Font

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Turun ilk oyun günündə 8 qarşılaşma keçirilib.

Günün əsas görüşü İtaliyada baş tutub. Turnirin son qalibi "Real Madrid" (İspaniya) "Roma"nın qonağı olub. Görüş "Kral klubu"nun inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Məğlubiyyətə baxmaraq, "Roma" "Real Madrid"lə birgə 1/8 finala yüksəlib. Buna qrupun digər matçında Rusiya MOİK-nin evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasına məğlubiyyəti səbəb olub.

İtaliyanın turnirdəki digər təmsilçisi "Yuventus" isə evdə İspaniya "Valensiya"sına minimal hesabla qalib gəlib. H qrupunun digər görüşündə "Mançester Yunayted" İngiltərədə İsveçrə "Yanq Boyz"una minimal hesabla qalib gəlib. Beləliklə, İtaliya və İngiltərə təmsilçiləri Çempionlar Liqasında mərhələ adlayıblar.

Digər vəsiqələrə gəldikdə, E qrupunda Hollandiya "Ayaks"ı Yunanıstanda AEK üzərində inamlı qələbə sayəsində, "Bavariya" isə Almaniyada Portuqaliya "Benfika"sını darmadağın edərək, mərhələ adlayıb. H qrupunda isə hələlik yeganə vəsiqəni İngiltərənin "Mançester Siti" klubu Fransada "Lion"la heç-heçə sayəsində əldə edib. Ukrayna "Şaxtyor"u isə Almaniyada "Hoffenhaym"ı son dəqiqə qolu ilə yenərək, 1/8 final şanslarını son tura saxlayıb.

27 noyabr

Çempionlar Liqası, V tur

E qrupu

AEK (Afina, Yunanıstan) - "Ayaks"(Hollandiya) - 0:2

Qollar: Duşan Toşiç, 68 (pen.); 72

 "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) - 5:1

Qollar: Aryen Robben, 13; 30. Robert Levandovski, 36; 51. Frank Riberi, 76 - Jedson Fernandeş, 46

Xal durumu: "Bavariya" - 13, "Ayaks" - 11, "Benfika" - 4, AEK - 0.

F qrupu

"Lion" (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:2

Qollar: Maksvel Korne, 55; 81 - Emerik Lyaport, 62. Serxio Aqüero, 83

"Hoffenhaym" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:3

Qollar: Andrey Kramariç, 17. Tsiben Tsuber, 40 - İsmaili, 14; Tayson, 15; 90+2

"Mançester Siti" - 10, "Lion" - 7, "Şaxtyor" - 5, "Hoffenhaym" - 3.

G qrupu

MOİK (Moskva, Rusiya) - "Viktoriya" (Plzen, Çexiya) - 1:2

Qollar: Nikola Vlaşiç, 10 (pen.) - Roman Proxazka, 56. Lukaş Heyda, 81

"Roma" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:2

Qollar: Qaret Beyl, 47. Lukas Vaskes, 59

Xal durumu: "Real Madrid" - 12, "Roma" - 9, "Viktoriya" - 4, MOİK - 4.

H qrupu

"Yuventus" (İtaliya) - "Valensiya" (İspaniya) - 1:0

Qol: Mario Mancukiç, 59

"Mançester Yunayted" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 1:0

Qol: Maruan Fellaini, 90+1

"Yuventus" - 12, "Mançester Yunayted" - 10, "Valensiya" - 5, "Yanq Boyz" - 1.

Qeyd edək ki, daha əvvəl İspaniya "Barselona"sı növbəti mərhələyə vəsiqəni təmin edib.