:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi bəlli oldu - VİDEO

Font

Minskdə keçirilən "Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində səsvermənin nəticələri açıqlanıb.

Səsvermənin yekunlarına əsasən müsabiqədə Polşa təmsilçisi Roksana Veqel qalib gəlib.

O, 215 xalla birinci yerə layiq görülüb.

Qeyd edək ki, Azərbaycanı müsabiqədə Fidan Hüseynova təmsil edirdi. O, 47 xalla 16-cı yerdə qərarlaşıb.