:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirildi

Font

24 noyabr 2018-ci il tarixində Bakıda Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının açılış mərasimi keçirildi."Sərhədçi" idman olimpiya kompleksində baş tutan çempionatın açılış mərasimində Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Nizami Cəfərov yarış iştirakçılarını salamlayaraq bildirib ki, bu döyüş növü eyni zamanda, mübarizliyin, əzmin və sülhün çağırışçısıdır. Federasiyanın birinci vitse-prezidenti, millət vəkili Qənirə Paşayeva, Federasiyanın İdarə Heyətinin sədri, Alpaqut döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov, Federasiyanın ictimai əlaqələr üzrə vitse-prezidenti, S-1 döyüş liqasının prezidenti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və digər rəsmilər də idmançıları salamlayaraq qeyd ediblər ki, Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının Azərbaycanda keçirilməsi ümumiyyətlə, həm ölkəmizin, həm də bu döyüş sənəti ilə məşğul olan idmançıların uğurudur.
Azərbaycan, Türkiyə, Pakistan, Almaniya Əfqanıstan, Rusiya, Hindistan, Gürcüstan, İran, Kamerun, Türkmənistan, Nigeriya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Nepal, Ukraynanı təmsil edən 330 idmançının qatıldığı yarışda S-1 döyüş liqasını təmsil edən 11 nəfərdən ibarət Azərbaycan komandası yüksək nəticə əldə etmişdir. Yarışın 2-ci günündə Məhəmməd Abbaszadə və Zaur Heydərli gərgin keçən final qarşılaşmasında qalib gələrək Alpaqut Turan döyüş sənəti üzrə I Dünya çempionatının qızıl medallarını qazanmışlar. Həmçinin, Ələs Bayramlı, Məhəmməd Şükürlü, Məhəmməd Cahangirov, Tural Məmmədov, Tural Əliyev, Elgün Musayev, Uğur Məmmədov çempionatın gümüş, Ayxan Əlizadə və Diyar İsmayılov isə bürünc mükafata layiq görülmüşlər.
Mükafatların təqdimetmə mərasimində iştirak edən Dünya Alpaqut Federasiyasının ictimai əlaqələr üzrə vitse-prezidenti, S-1 döyüş liqasının prezidenti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qalibləri təbrik edərək qeyd etmişdir ki, Azərbaycan Dünyada idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Artıq Azərbaycan Avropa və dünya miqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Əlbəttə ki, qeyd olunanlar, ölkə başçısı cənab İlham Əliyevin idmanın inkişafındakı misilsiz xidmətləri nəticəsində gerçəkləşmişdir.