:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Ginnesin Rekordlar Kitabı"na düşən pianoçu Bakıda konsert verdi - FOTO

Font

Noyabrın 24-də dünya şöhrətli macar pianoçu, bəstəkar Peter Bens ilk dəfə Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.

Konsertdən əvvəl mətbuat konfransı keçirən pianoçu musiqi yaradıcılığı barədə məlumat verib.

P. Bens bildirib ki, 2-3 yaşlarından pianoda ifa etməyə başlayıb, beş yaşında isə musiqi məktəbinə daxil olub. Əvvəllər daha çox dünya şöhrətli bəstəkarlardan Mosartın, Şopenin əsərlərini dinləyirdisə, indi Sebastiyan Baxa üstünlük verir. O, ilk kompozisiyasını yeddi yaşında yazıb.


Mətbuat konfransından sonra pianoçu konsert proqramı ilə çıxış edib. Musiqili gecədə P. Bens öz bəstələri ilə yanaşı, dünya şöhrətli musiqiçilərin də əsərlərinə müraciət edib.


Qeyd edək ki, pianoçu 2012-ci ilin yanvar ayında "Ginnesin Rekordlar Kitabı"na düşüb. O, cəld ifasına görə dünyada 1-ci yerdədir. Son iki ildə dünyanın 40-dan çox ölkəsində çıxış edib.