:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aİ tərkibində qalan dövlətlər "Brexit" sazişini təsdiq ediblər

Font

Avropa İttifaqı (Aİ) tərkibində qalan dövlətlər Böyük Britaniyanın Aİ-dən çıxmasına dair razılaşma layihələrini ("Brexit") təsdiq ediblər.

RİA "Novosti" xəbər verir ki, bunu öz "Twitter" mikrobloqunda Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk yazıb.

"Avropa İttifaqının 27 üzv ölkəsinin liderləri Aİ və Birləşmiş Krallığın gələcək münasibətlərinə dair ayrılma və siyasi bəyannamə haqqında sazişi təsdiq ediblər", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Donald Tusk Avropa İttifaqı ilə Böyük Britaniya arasında siyasi bəyannamənin razılaşdırıldığını demişdi.