:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda iflas prosesində olan kredit təşkilatına məxsus avtomobillər satışa çıxarılır

Font

İflas prosesində olan "Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilarına (BOKT) məxsus 20 ədəd işlənmiş minik avtomobillərinin topdansatışı həyata keçiriləcək.

Bu barədə BOKT-un əmlak inzibatçısına istinadən xəbər verir.

Məlumatda deyilir ki, maşınların siyahısı, eləcə də satış qaydaları və satışda iştirak etmək üçün ərizə forması https://www.azercredit.az/az/sale linkindən əldə edilə bilər.

Müraciətlər noyabrın 29-na qədər "Vijn Fond Azərkredit”in Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov və Səməd Vurğun küçələrinin kəsişməsində ("World Business Center” iş mərkəzi, 3-cü mərtəbə) yerləşən ofisinə təqdim edilə bilər və yaxud [email protected] е-poçt ünvanına göndərilə bilər.

Satış dekabrın 5-də qeyd edilən ünvanda olacaq.