:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tusk: "Avropa İttifaqı ilə Böyük Britaniya arasında siyasi bəyannamə razılaşdırılıb"

Font

Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasında "Brexit"dən sonrakı dövrdə ticarət əlaqələri, habelə təhlükəsizlik və başqa sahələrdə əməkdaşlıq məsələlərini tənzimləyən siyasi bəyannamə razılaşdırılıb.

BBC xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk "Twitter”dəki səhifəsində yazıb.

"Aİ ilə Böyük Britaniya arasındakı gələcək münasibətlər barədə siyasi bəyannamənin layihəsini elə indicə Aİ-nin 27 üzvünə göndərdim. Avropa Komissiyasının sədri sənədin siyasi prinsiplər üzrə razılaşdırıldığını, indi də ölkələrin liderləri tərəfindən təsdiq olunmasının qaldığını mənə bildirdi”.

Qeyd olunub ki, hər şey plana görə getsə, Aİ ilə Böyük Britaniya bu bəyannaməni ticarət sazişinin bünövrəsi kimi istifadə edəcək. Həmin saziş gələn ilin martın 29-dan başlayacaq 21 aylıq keçid dövrü ərzində təsdiq olunmalıdır. Bu müddətdə Böyük Britaniya Avropa müştərək bazarının və Gömrük Birliyinin üzvü olaraq qalacaq.

Həmçinin siyasi bəyannamə və daha əvvəl təsdiq olunmuş "Brexit" sazişi Avropa İttifaqının noyabrın 25-də keçirilmiş zirvə görüşündə təsdiq olunarsa, Baş nazir Tereza Meyin bu sənədləri parlamentdən keçirməli olacağı da vurğulanıb.