:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Jurnalistin qətlində Kral ailəsinin əli olmayıb

Font

Adı jurnalist Camal Qaşıqçının cinayətinə qarışan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın yerinə taxta başqa şahzadənin çıxarılması iddiasına ilk rəsmi cavab gəlib.

Cəudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cübeyr kral ailəsinin taxta Məhəmməd ibn Salmanın deyil, başqasının çıxarılmasını tövsiyə etdiklərinə dair beynəlxalq mətbuatda çıxan xəbərlərin yalan olduğunu deyib.

Xarici işlər naziri bu iddiaları şokedici və qəbuledilməz adlandırıb:

"Bu xəbərlər axmaqca və həqiqətə uyğun deyil. Səudiyyə Ərəbistanının liderliyi kral tərəfindən təmsil edilir. Vəliəhd şahzadə cinsindən asılı olmayaraq, hər səudiyyəli üçün qırmızı sərhəddir”.