:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ən çirkli havası olan ölkələr

Font

Ən çirkli havası olan ölkələr Nepal və Hindistandır.

Bunu Çikaqo Universitetinin Energetika Siyasəti İnstitutunun apardığı araşdırma göstərir.

Qeyd olunur ki, bu ölkələrdə havanın çirklənməsi yerli sakinlərin ömrünün təqribən 4 il azalmasına səbəb olur.

Hindistanın Bihar və Uttar-Pradeş ştatlarında havanın çirklilik dərəcəsi daha yüksəkdir. Burada insanların ömrü 6 il qısalır.

Araşdırmada bildirilir ki, dünyada təxminən 5,5 milyard nəfər havanın çirklilik səviyyəsinin Dünya Səhiyyə Təşkilatının normalarını aşdığı regionlarda yaşayır. Asiya qitəsi bu göstərici üzrə birincidir.