:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər daha çox Rusiya, Gürcüstan və Ukrayna qadınları ilə evlənirlər

Font

Son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləndiyi halda, əcnəbilərlə ailə quran azərbaycanlı kişilər əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.

Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında 2014-cü ildə 1635, 2015-ci ildə 1291, 2016-cı ildə 1148, 2017-ci ildə isə 1202 nikah bağlanılıb.

Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında 2014-cü ildə 1499, 2015-ci ildə 1281, 2016-cı ildə 1121, 2017-ci ildə 1158 nikah bağlanılıb.

Ərəb ölkələrinə gəldikdə isə, son illərdə az sayda olsa belə, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar var.

Azərbaycan vətəndaşı olan qadınlarla ərəb ölkələrinin vətəndaşları olan kişilər arasında 2014-cü ildə 4, 2015-ci ildə 3, 2016-cı ildə 3, 2017-ci ildə isə 8 nikah bağlanılıb.