:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rafael Hüseynov: 1,5 milyon manatla kino sahəsini inkişaf etdirmək mümkün deyil

Font

1,5 milyon manatla kino sahəsini inkişaf etdirmək mümkün deyil.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib ki, mədəniyyətə diqqəti artırmaq lazımdır, büdcədən bu sahəyə ayrılan vəsait artırılmalıdır: "Dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir”.

O bildirib ki, dövlət büdcəsində kinoya ayrılan vəsait artırılmalıdır: "1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil. Bizdə dublyaj sənəti də var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər”.