:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanlı idmançıdan Dünya Çempionatında möhtəşəm qələbə - Ermənini peşman etdi

Font

Xəbər vermişdik ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında ikinci günündə təmsilçilərimiz öz yerini alır.

İlk olaraq 74 kq çəki dərəcəsində Abdulla Abdullayev almaniyalı Yanik Ventseli ilə qarşlaşıb və 8:0 məğlub edib.

Döyüş sambosundakı təmsilçimiz isə MMA-nın tanınmış siması 82 kq-da çıxış edən Bəxtiyar Abbasovdur. O Ermənistan idmançısı Davit Petrosyanla qarşılaşıb. O, tatamiyə 1 dəqiqədən gec gəldiyi üçün görüşə 0:3 hesabı ilə geridə başlasa da bu onun qələbə qazanmasına mane olmayıb. İdmançımız ard-arda rəqibindən 11 xal alıb və görüşün bitməsinə 3 dəqiqə 42 saniyə qalmış vaxtından erkən qələbə qazanıb (11:3).