:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İspaniyada futbol federasiyasının vitse-prezidenti saxlanılıb

Font

İspaniya Kral Futbol Federasiyasının (RFEF) vitse-prezidenti Andreu Subies Mülki Qvardiya tərəfindən saxlanılıb.

Yenizaman.az TASS-a istinadən xəbər verir ki, yerli KİV vitse-prezidentin və digər şübhəli şəxslərin antikorrupsiya istintaqı çərçivəsində saxlandıqlarını bildirib.

Saxlama A.Subiesin daha əvvəl rəhbərlik etdiyi Kataloniya Futbol Federasiyasının ofisində aparılan axtarışlardan sonra baş tutub.

İstintaqın versiyasına görə, RFEF-in sabiq prezidenti Anxel Mariya Vilyar qanunsuz olaraq seçkilərdə ona kömək edilməsi məqəsdilə regional federasiyaları maliyyələşdirib, A.Subies isə ona bu işdə yardım edən şəxs olub.