:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazir müavini: “Azərbaycan gəncləri arasında işsizlik göstəricisi orta rəqəmdən 2 dəfə yüksəkdir”

Font

"Azərbaycanda gənclərin işlə təmin olunması istiqamətində ciddi addımlar atılsa da, gənclər arasında işsizlik göstəricisi orta rəqəmdən 2 dəfə yüksəkdir”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) təqdimatında deyib.

"2017-ci ilin yekununda gənclər arasında işsizlik göstəricisi 9,2% təşkil edib. Bu rəqəm gənc qadınlar arasında 11%-dir. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq proqramının icrasına 36 mln. manata yaxın vəsait sərf edəcək. Artıq 7 800 nəfər bu proqrama cəlb olunub. Onlara treyninqlər keçirilib, biznes planlarının hazırlanması ilə bağlı biliklər aşılanıb. 6 530 nəfər biznes planını təsdiqləyib. Bu planların 70%-i aqrar sahə ilə bağlıdır. İlin sonuna qədər proses yekunlaşdırılacaq", - deyə o, qeyd edib.