:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda ana yeni doğulmuş körpəsindən imtina etdi-FOTO

Font

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin Sığınacağına müraciət edən qadın yeni dünyaya gətirdiyi körpəsini sığınacağa təhvil verib.

Adı açıqlanmayan qadın bu addımının səbəbini uşağı qeyri-rəsmi münasibətdən dünyaya gətirməsi ilə əlaqələndirib.

"Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova uşağın körpələr evinə yerləşdiriləcəyini deyir:

"Əlbəttə ki, dövlət müəssisəsinə yerləşdiriləcək. Çox heyif! Bunun acısını isə gələcəkdə bu körpə çəkəcək".

Sığınacağın rəhbəri deyir ki, anaya uşaqdan imtina etməmək təklif edilsə də, qərarının ancaq və ancaq qeyri-rəsmi münasibətdən dünyaya gətirdiyi körpəsindən qurtulmaq olub.

"Əslində qadına uşağını atmazsa ona dəstək olacağımızı təklif etdik. Razılaşmadı, bu dəstəyimizdən imtina etdi və qırarının uşağı sığınacağımıza təhvil vermək olduğunu bildirdi" - M.Zeynalova təəssüflə bildirdi.