:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Məşhur sovet və Rusiya aktyoru dünyasını dəyişib

Font

Keçmiş SSRİ-nin və Rusiyanın tanınmış aktyoru, müğənni Nikolay Karaçentsov vəfat edib. TASS xəbər verir ki, bunu aktyorun oğlu bildirib.

N.Karaçentsov 74 yaşında Rusiya paytaxtı Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, Nikolay Petroviç Karaçentsov 1944-cü ilin oktyabrın 27-də Moskvada doğulub. 1989-cu ildə ona Rusiyanın xalq artisi fəxri adı verilib. Aktyor bir sıra dövlət mükafatlarına da layiq görülüb. O, çoxsaylı filmlərdə maraqlı obrazlar yaradıb.