:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Zabit Səmədov növbəti döyüşə hazırlaşır

Font

Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov növbəti döyüşə çıxacaq.

Həmyerlimizin növbəti döyüşü dekabrın 2-də, Minsk Arenada baş tutacaq.

Hələlik döyüş haqqında və Z.Səmədovun rəqibi barədə məlumat verilməyib.

Qeyd edək ki, Zabit Səmədov 26 yanvar 2007-ci ildə Fransada keçirilən K-1 Rules Kick Tournament 2007 in Marseilles 3 döyüş keçirir və sonuncu döyüşdə Nokout ilə qələbə qazanaraq K-1 Rules Kick Tournament 2007 in Marseilles in birincisi olur.

17 avqust 2007-ci ildə Las Vegasda keçirilən K-1 World GP-də pozitif nəticə göstərib. 26 aprel 2008-ci ildə Səmədov Niderlandda keçirilən K-1 World GP 2008 in Amsterdam-da iştirak edib

13 iyul 2008 ci ildə Səmədov k-1 in ən məşhur döyüşçülərindən biri olan (en:Ray Sefo ) ilə döyüşüb. Bu döyüş Səmədov üçün çox çətin keçib. Lakin o bu çətinliyin öhdəsindən gələrək qələbə qazanıb.

Zabit Səmədov bu ilin may ayında fransalı Freddi Kemayo ilə qarşılaşıb. Tərəflər "King of Kings" versiyası üzrə Avropa çempionu titulu uğrunda mübarizə aparıb. Böyük mübarizəyə səhnə olan görüş mayın 30-da Moskvada, "Crocus City Hall”da baş tutub. Qarşılaşmadan Zabit Səmədov qalib ayrılıb.