:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

UEFA “Rubin”i avrokuboklardan kənarlaşdırıb

Font

Rusiyanın "Rubin” futbol klubu avrokuboklardan kənarlaşdırılıb.

UEFA-nın rəsmi saytı xəbər verir ki, Kazan təmsilçisi növbəti iki mövsümdə Avropa futbol qurumunun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməyəcək. Qərarı UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Məhkəmə Palatası qəbul edib.

Tatarıstan komandası 2014-cü ildə maliyyə şəffaflığına riayət etmədiyi üçün sanksiya ilə üzləşib. Reqlamentə əsasən, cəza alan klub sınaq müddətində tam şəkildə maliyyə "fair play” qaydalarına əməl etməlidir. "Rubin” isə 2017/2018 mövsümündə öhdəliklərini düzgün yerinə yetirməyib.

Klub UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.

Qeyd edək ki, "Rubin”in avrokuboklarda ən böyük uğuru 2012/2013 mövsümünə təsadüf edib. "Neftçi” ilə eyni qrupda yer alan Kazan təmsilçisi 1/4 finaladək irəliləyib. Qrup oyunlarında Azərbaycan təmsilçisini hər iki oyunda 1:0 hesabı ilə yenən Kurban Berdıyevin baş məşqçi olduğu komandanı yarımfinala gedən yolda İngiltərənin "Çelsi” kollektivi büdrədib (3:1, 2:3).

"Rubin" 2008 və 2009-cu illərdə Rusiya çempionu olub. Hazırda "Neftçi"nin kapitanı olan Ruslan Abışov 2013 - 2015-ci illərdə müqavilə üzrə Kazan klubuna məxsus olub.