:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BŞİH: Badamdardakı sürüşmə ərazisində ev tikən və onlara icazə verənlər məsuliyyət daşıyırlar

Font

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Badamdardakı sürüşmə ərazisindəki ev və obyektlərin nə zaman tikilməsi məsələsinə aydınlıq gətirib.

BŞİH-dan bildirilib ki, Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir.

Məlumata görə, bu tikililər inşası başa çatandan sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilib: "Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşaftı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır.

Məlumat üçün bildiririk ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi vardır. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb".