:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İngiltərə millisi səfərdə İspaniyaya qalib gəlib

Font

UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib.

A, C və D liqalarında 2, B Liqasında isə 1 matç olmaqla, ümumilikdə 7 qarşılaşma baş tutub.

Günün ən maraqla gözlənilən oyunu İspaniya ilə İngiltərə arasında olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

II qrupun İslandiya – İsveçrə matçında da qonaqlar qalib gəliblər. Bu nəticədən sonra "Qarabağ"ın qapıçısı Hannes Halldorssonun da şərəfini qoruduğu İslandiya millisinin qrupda sonuncu olacağı dəqiqləşib.

15 oktyabr

Millətlər Liqası

IV tur

A Liqası

2-ci qrup

İslandiya – İsveçrə - 1:2

Qol: Alfred Finboqasson, 81 - Haris Seferoviç, 52, Mixael Lanq, 67

Xal durumu: Belçika – 6 xal (2 oyun), İsveçrə - 6 (3), İslandiya – 0 (3)

4-cü qrup

İspaniya – İngiltərə - 2:3

Qollar: Pako Alkaser, 58, Alvaro Morata, 90+8 - Rahim Sterlinq, 16, 38, Markus Reşford, 30

Xal durumu: İspaniya – 6 xal (3 oyun), İngiltərə - 4 (3), Xorvatiya – 1 (2)

B Liqası

3-cü qrup

Bosniya və Hersoqovina – Şimali İrlandiya - 2:0

Qollar: Edin Ceko, 27, 73

Xal durumu: Bosniya və Herseqovina – 9 xal (3 oyun), Avstriya – 3 (2), Şimali İrlandiya – 0 (3)

C Liqası

2-ci qrup

Finlandiya – Yunanıstan - 2:0

Qollar: Pisi Soiri, 46, Qlen Kamara, 89

Estoniya – Macarıstan - 3:3

Qollar: Siim Luts, 20, Artur Pikk, 70, Henri Anier, 79 - Dominik Naqi, 24, Adam Szalai, 54, 81

Xal durumu: Finlandiya – 12 xal (4 oyun), Yunanıstan – 6 (4), Macarıstan – 4 (4), Estoniya – 1 (4)

D Liqası

2-ci qrup

Belarus – Moldova - 0:0

Lüksemburq – San Marino - 3:0

Qol: Devid Törpl, 4, Danel Sinani, 65, Vinsent Till, 73

Xal durumu: Lüksemburq – 9 (4), Belarus – 8 (4), Moldova – 5 (4), San Marino – 0 (4).