:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

UEFA qadın futbolunun inkişafı üçün illik ödənişin məbləğini 50 faiz artırıb

Font

UEFA qadın futbolunun inkişaf proqramı üçün quruma üzv olan milli assosiasiyalara illik ödənişin məbləğini 50 faiz artırıb.

Вu məbləğ 2020-ci ildən 150 min avro təşkil edəcək. AFFA-nın da bəhrələnəcəyi artım UEFA-nın "HatTrick” layihəsi çərçivəsində gerçəkləşəcək.

Qeyd edək ki, UEFA hazırda quruma üzv olan 55 milli assosiasiyaya qadın futbolunun inkişafı üçün illik 100 min avro verir.