:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Arsenal"ın futbolçusu Fransa yığmasındakı karyerasını başa vurub

Font

Avropa Liqasında "Qarabağ”la eyni qrupda yer alan İngiltərənin "Arsenal” klubunun futbolçusu Loran Koselni Fransa yığmasındakı karyerasını başa vurub.
33 yaşlı mərkəz müdafiəçisi bu barədə "Canal+”a müsahibəsində açıqlama verib.

"Fransa millisinə bacardığım hər şeyi verdiyimi düşünürəm. Hazırda komandada çox gözəl yeni nəsil var. Mənim üçün isə yığma karyerası başa çatdı. Hər zaman millini dəstəkləyəcəyəm. Çünki ölkəmizi təmsil edir. Lakin daha komandada çıxış etməyəcəyəm”,- Koselni bildirib.

Zədə səbəbindən DÇ-2018-ə yollana bilməyən Koselni 2011-ci ildən bəri Fransa millisinin heyətində 51 oyun keçirib və 1 qol vurub. O, 2010-cu ildən "Arsenal”ın formasını geyinir.

Qeyd edək ki, E qrupunda yer alan "Qarabağ” II turda evdə "Arsenal”a 0:3 hesabı ilə uduzub. Təcrübəli müdafiəçi zədə səbəbindən bu oyunu buraxıb. Bu komandalar arasında növbəti matç dekabrın 14-də Londonda olacaq.