:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"YENI ZAMAN" - "НОВОЕ ВРЕМЯ" QƏZET REDAKSIYASININ AÇIQLAMASI

Font


Oktyabrın 11-dən 12-nə keçən gecə "Yeni Zaman" - "Новое Время" qəzetinin ofisi qarət edildi. Bu zaman qəzetin baş redaktoru xaricdə səfərdə idi (Bakıya cümə günü qayıda bildi). Dərhal hadisə barədə Nərimanov rayon 16 saylı polis şöbəsinə məlumat verilib, şöbənin əməkdaşları, o cümlədən şöbəsinin rəisi ofisə gəldilər. Polis əməkdaşları vaxt itirmədən müvafiq əməlliyatlara başladılar. Şənbə günü baş redaktor Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova zəng vuraraq hadisə barədə ona məlumat vermişdir. Öz növbəsində, E.Zahidov hadisidin xəbərdar olduqunu bildirərək, bu cinatətin, hətta ölkədə baş verən bütün digər cinayət faktlarının üstünü açmaq polisin birbaşa borcu olduğunu vurğulayıb.

Bazar ertəsi isə Azərbaycan parlamentinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qəzet ofisinin qarəti barədə Daxili Işlər Naziri Ramil Usubovun adına məktub göndərilərək, ondan sözügedən işi şəxsi nəzarətinə götürməsi xahiş olunub.
"Yeni Zaman" - "Новое Время" müstəqil ictimai-siyasi qəzeti təxminən 20 ildir dərc olunur. Bütün bu illər ərzində qəzet daima Azərbaycanın milli maraqlarını müdafiə edir, öz səhifələrində ölkəmizin ürək yarası olan Dağlıq Qarabağ münaqişəsi mövzusuna geniş şəkildə yer vürir. Rus dilində dərc olunan qəzet bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışır. Eyni zamanda, ölkəmizdə mövcud olan və vətəndaşları narahat edən problemləri obyektiv şəkildə işıqlandıraraq, qəzet öz səhifələrində müxtəlif fikir və mövqelərə də yer verir.
Qeyd edildiyi kimi, rus dilində dərc olunan "Новое Время" qəzetinin həmçinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında, eləcə də Rusiya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin çatdırılması istiqamətində danılmaz əməkləri var.
Redaksiya, ofisinin qarət olunmasından təəssüflənərək, Daxili İşlər Nazirinin bu işi nəzarətinə götürəcəyinə və cinayətkarların tez bir zamanda tapılıb, cəzalandırılacağına ümid edir.