:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tyerri Anri “Monako”nun baş məşqçisi təyin olunub

Font

Futbol üzrə Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri "Monako”nun baş məşqçisi təyin olunub.

Klubun rəsmi saytı xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2021-ci ilin iyun ayınadək müqavilə bağlanılıb. O, bu postda Leonardu Jardimi əvəzləyib.

Qeyd edək ki, Anri futbolçu karyerası ərzində "Monako”, İtaliyanın "Yuventus”, İngiltərənin "Arsenal”, İspaniyanın "Barselona” və ABŞ-ın "Nyu-York Red Bullz” komandalarının formasını geyinib. 2015-ci ildə "Arsenal”da məşqçiliyə başlayan sabiq forvard Belçika millisində baş məşqçi Roberto Martinezin köməkçisi vəzifəsində çalışırdı.