:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiyalı futbolçunun əmlakına həbs qoyulub

Font

Rusiya millisinin futbolçusu Denis Qulaşkov və həyat yoldaşı Darya Qulaşkovanın əmlakına həbs qoyulub.

"Qovorit Moskva” xəbər verir ki, bu barədə Nikulinski rayon məhkəməsi qərar çıxarıb. Bu tədbir cütlüyün boşanma və birgə əldə edilmiş əmlakın bölünməsi prosesi çərçivəsində qəbul olunub.

Məhkəmə D.Qulaşkovanın əmlakla bağlı iddiası sentyabrın 28d-də qəbul edib. Tərəflər arasında ilk söhbət oktyabrın 22-də keçiriləcək. Cütlük 2009-cu ildə evlənib və onların 2 qızı var.

Xatırladaq ki, oktyabrın 12-də "Zenit” və "Krasnodar”ın futbolçuları Aleksandr Kokorinlə Pavel Mamayev həbs olunublar. dmançılar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.