:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Qızıl top” mükafatına ilk namizədlər açıqlanıb

Font

"France Football” nəşri "Qızıl top” mükafatına namizədləri açıqlamağa başlayıb.

İlk olaraq 5 namizədin adı siyahıya daxil edilib.

"5-lik"də Serxio Aqüero ("Mançester Siti" İngiltərə, Argentina), Qaret Beyl ("Real Madrid" İspaniya, Uels), Kərim Benzema ("Real Madrid" İspaniya, Fransa), Alisson Bekker ("Liverpul" İngiltərə, Braziliya), Edinson Kavani (PSJ Fransa, Uruqvay) yer alıblar.

Dünyanın ən yaxşı futbolçusu mükafatı uğrunda 30 oyunçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq.

Qeyd edək ki, "Qızıl top" mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək.