:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qüdrət Şükürov “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunub

Font

Bununla bağlı Eldar Əzizov əmr imzalayıb

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov əmr imzalayıb.

Həmin vəzifəyə təyinat olmayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyində yoxlamalara başlanılıb.

Bakı Şəhər Prokurorluğunun və BŞİH-in nümayəndələrindən ibarət qrupda 30 nəfər təmsil olunur.

Həmin komissiya idarədə maliyyə və digər işlərin həyata keçirilməsi üzrə yoxlamalar aparır.


Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub.