:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Baş prokuror: Mingəçevirdə elektrik stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir

Font

Mingəçevirdə "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir.

Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror bildirib ki, hazırda mütəxəssislərin iştirakı ilə qurğulara baxış keçirilir:

"Bu gün də müstəntiqlərimiz hadisə yerindədirlər. Sözsüz ki, biz ilk hallarda həm səhlənkarlıq, həm ciddi maddi pozuntular müəyyən edirik. İstintaq təzə başlayıb. İstintaqın nəticəsi haqqında məlumat verəcəyik. "Azərenerji"nin yeni rəhbərliyi ilə birlikdə əsas məqsədimiz ondan ibarətdir ki, "Azərbaycan" İstilik Elektrik Stansiyasında qısa zamanda təmir-bərpa işi həyata keçirilsin ki, gələcəkdə belə xoşagəlməz hadisə baş verməsin".

Göyçayda cinayət işi körpünün uçmasından öncə açılmışdı. Həmin cinayət işi şikayət əsasında konkret şəxslərlə bağlı başlanılıb. Bu məsələ ilə bağlı ümumilikdə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bunu da Zakir Qaralov deyib.

Onun sözlərinə görə, onlardan 5-i hüquqi, 2-si isə fiziki şəxsdir: "Hazırda bu iş üzrə məhkəmə istintaqı aparılır. Baş Prokurorluq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika üzrə hüquqi araşdırmalar aparır. Bu sahədə çoxsaylı qanun pozuntuları aşkar edilib. Qanun pozuntuları ilə bağlı 17 cinayət işi məhkəmələrə göndərilib, dövlətə dəymiş 10 milyon manata yaxın ziyan ödənilib. Bu istiqamətdə işlər davam etdirilir".