:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

AVRO-2024-ə ev sahibliyi edəcək ölkənin adı açıqlanıb

Font

Futbol üzrə 2024-cü il Avropa çempionatı Almaniyada təşkil olunacaq.

Bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçiriləcək iclasından sonra elan edilib.

Qalibin adını qurumun prezidenti Aleksandr Çeferin açıqlayıb.

Qeyd edək ki, Almaniya Avropa çempionatının oyunlarını Berlin ("Olimpiaştadion", 70,033 nəfərlik), Köln ("Köln" stadionu, 46,922), Dortmund ("BVB Stadion", 61,524), Düsseldorf ("Düsseldorf Arena", 46,264), Frankfurt ("Frankfurt Stadion", 48,057), Gelzenkirhen ("Arena AufSchalke", 49,471), Hamburq ("Hamburq Arena", 50,215), Leyptsiq ("RB Arena", 46,635), Münhen ("Münhen Futbol Arenası", 66,026) və Ştutqart ("Ştutqart Arena", 50,998) şəhərlərində təşkil edəcək.