:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib

Font

Azərbaycandan FIFA-nın "The Best” mükafatı üçün verilən səslərin ünvanları müəyyənləşib.

Kişilərdən ibarət milli komandanın baş məşqçisi Qurban Qurbanov ən yaxşı futbolçu seçimində fransalı Antuan Qrizmann ("Atletiko" İspaniya), xorvatiyalı Luka Modriç ("Real Madrid", İspaniya) və portuqaliyalı Kriştianu Ronaldunu ("Real Madrid" (İspaniya) / "Yuventus" (İtaliya) fərqləndirib.

O, ilin ən yaxşı baş məşqçisi seçimində Didye Deşam (Fransa millisi), Zinəddin Zidan ("Real Madrid"in sabiq baş məşqçisi) və Xosep Qvardiolaya ("Mançester Siti", İngiltərə) səs verib.

Yığmanın kapitanı Kamran Ağayev isə müvafiq olaraq, futboçu seçimində Kriştianu Ronaldu, misirli Məhəmməd Salah ("Liverpul", İngiltərə) və argentinalı Lionel Messiyə ("Barselona", İspaniya) səs verib. Ən yaxşı baş məşqçi seçimində o, Zinəddin Zidan, Yurgen Klopp ("Liverpul", İngiltərə) və Xosep Qvardiolanın adlarını qeyd edib.

Səsvermədə iştirak edən Azərbaycanın kişi idman jurnalisti Rasim Movsümovun seçimləri isə doğru olub. O, futbolçulardan Luka Modriç, Kilian Mbappe (PSJ, Fransa) və Məhəmməd Salahı fərqləndirib. Ən yaxşı baş məşqçi nominasiyasında isə Mövsümov ardıcıllıqla Didye Deşam, Zlatko Daliç və Stanislav Çerçesovun (Rusiya millisi) adlarını qeyd edib.

Ən yaxşı qadın futbolçu seçimində Azərbaycan yığmasının kapitanı Sevinc Cəfərzadə Meqan Rapino ("Sietl Reyn", ABŞ), ingiltərəli Lüsi Bronze ("Lion", Fransa) və Amandin Anriyə ("Lion", Fransa), baş məşqçi Vüqar Əsgərli Lüsi Bronze, norveçli Ada Hegerberq ("Lion", Fransa) və Meqan Rapinoya, media işçisi Lalə Dəmirova Lüsi Bronz, Renar Vendi ("Lion", Fransa) və yaponiyalı Kumaqai Sakiyə ("Lion", Fransa) səs verib.

Ən yaxşı baş məşqçi seçimində Cəfərzadə hollandiyalı Sarina Viqman (Almaniya millisi), Reynal Pedroes ("Lion", Fransa) və Xorxe Vildaya (İspaniya millisi), Əsgərli Sarina Viqman, Reynal Pedroes və Asako Takakuraya (Yaponiya millisi), Dəmirova isə serbiyalı Alen Stayçiç (Avstraliya millisi), Asako Takakura və Vilda Xorxe səs verib.

Qeyd edək ki, yekunda ən yaxşı kişi futbolçu seçimində Luka Modriç 29,05 faiz, Kriştianu Ronaldu 19,08 faiz, Məhəmməd Salah isə 11,23 faiz;

Ən yaxşı qadın futbolçu seçimində Marta (Braziliya) 14,73 faiz, Cenifer Marojan (Almaniya) 12,86 faiz, Ada Hegerberq (Norveç) 12,60 faiz;

Ən yaxşı kişi baş məşqçi seçimində Didye Deşam (Fransa) 30,52 faiz, Zinəddin Zidan (Fransa) 25,74 faiz, Zlatko Daliç (Xorvatiya) 11,81 faiz;

Ən yaxşı qadın baş məşqçi seçimində Reynal Pedroes (Fransa) 23,15 faiz, Sarina Viqman (Hollandiya) 15,31 faiz, Asako Takakura (Yaponiya) isə 12,80 faiz səs qazanıb.