:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Futbol üzrə braziliyalı ikiqat dünya çempionu Bakıya gələcək

Font

Kafu Azərbaycan paytaxtında səfir elan olunacaq

Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək.

Bu barədə "Report”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib. Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da "Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.