:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mövsüm xəstəliklərinə qarşı 3 təbii vasitə

Font

Payızın gəlişi ilə qrip, soyuqdəymə və digər bu kimi infeksiyalar orqanizmdə özünü göstərməyə başlayır. Bəzi insanlar hesab edirlər ki, bu problemin ən yaxşı həlli qrip əleyhinə peyvənd və ya antibiotiklərdir.

İnqridiyentlər barədə

Limon demək olar ki, bütün növ xəstəliklərə qarşı çox güclü təsir göstərən faydalı inqridiyentdir. Niyə? Çünki antibakterial xassələrə malik olan limon viruslarla aktiv mübarizə apararaq immuniteti gücləndirir. Limon şirəsinin tərkibindəki çoxlu sayda faydalı birləşmələr infeksiya və xəstəliklərə qarşı olduqca faydalıdır.

İstiotda olan aktiv komponent (piperin) qara istiota xüsusi dad verir. Onun tərkibi dəmir, kalium, kalsium, maqnezium, manqan, sink, xrom, eləcə də A və C vitamini, həmçinin digər faydalı maddələr ehtiva edir.

Duz insanın sağlamlığı baxımından çox əhəmiyyətlidir. Çünki bədən mayesinin təzyiqini tənzimləmək üçün Natrium mineralı lazımlıdır. Əsl duz həm də rafinə olunmamış duz adlanır. Rafinə edilməmiş duz orqanizmə detoksikasiya təsir göstərir və həzmdə kömək edir.

Müxtəlif tədqiqatlar göstərib ki, bu güclü inqridiyentlərin birləşməsi insan orqanında qrip və digər infeksiyalara qarşı son dərəcə təsirlidir.

Soyuqdəyməni xalq təbabəti ilə müalicə edən üsulları təqdim edirik:

Angina

İnqridiyentlər: Limon şirəsi, bir çimdik duz və bir çimdik qara istiot.

Hazırlanması: Bu inqridiyentləri qarışdırıb qarqara edin. Boğazda ağrılarının müalicəsi üçün az miqdarda sirkə istifadə edə bilərsiniz.

Burun tutulması

Bunun üçün eyni miqdarda qara istiot, darçın, zirə və hili qarışdırın. Toz halında olan qarışığı burnunuza yaxınlaşdırıb nəfəs alın. Nəticəyə təəccüb edəcəksiniz.

Öd kisəsində daşlar

Sadəcə zeytun yağı ilə limon şirəsini qarışdırıb için. Bu qarışıq öd kisəsindən daşların xaric edilməsi üçün çox faydalıdır.

Stomatit

Sadəcə olaraq limon şirəsi ilə suyu qarışdırıb ağız boşluğunu yaxalayın. Bu, sizə stomatitindən qurtulmağa və boğazda ağrını yüngülləşdirməyə kömək edəcək. Əgər tonzilitdən əziyyət çəkirsinizsə, limon şirəsinə bir az duz əlavə edə və boğazınızı bu qarışıqla yaxalaya bilərsiniz.

Artıq çəki

Bir stəkan suya bir çay qaşığının ¼-i qədər qara istiot, 2 xörək qaşığı limon suyu və 1 xörək qaşığı bal əlavə edib yaxşıca qarışdırın. Müalicəvi məhlulu hər gün için.

Ürək bulanması

Ürəkbulanmanın qarşısını almaq üçün qara istiotla sadəcə suyu qarışdırmaq lazımdır. Sonra da içinə bir az təzə limon şirəsi sıxıb için. Bu, ürəkbulanmanı yüngülləşdirməyə kömək edəcək və özünüzü yaxşı hiss edəcəksiniz!

Astma tutmaları

8-10 ədəd qara istiotla 2 mixəyi 10-15 dəqiqə reyhan suyunda qaynadın. 15 dəqiqədən sonra suyunu süzüb soyumasını gözləyin. Soyuyanda ona 2 xörək qaşığı bal əlavə edin. Həmçinin qarışığa bir qədər süd əlavə edib dərhal içə bilərsiniz.

Diş ağrısı

Mixək yağı ilə üyüdülmüş qara istiotu qarışdırın və ağrıyan dişə sürtün. Diş ağrısı cəmi bir neçə dəqiqəyə yox olacaq.

Qrip, soyuqdəymə

Qaynar çaya limon suyu əlavə edin. Alternativ olaraq pambıq diskləri limonlu su ilə isladıb burun dəliklərinə qoyun. Bu, burun qanaxmasını dayandıracaq.

Limon şirəsi, duz və istiot qarışdırıb faydalı içki hazırlayın. Bu, qıcıqlandırıcı öskürəyi aradan qaldıracaq.