:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb

Font

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyununa təyinat alıb.

AFFA-nın saytı xəbər verir ki, FİFA referisi İtaliyanın "Latsio" və Kiprin "Apollon” (Limassol) komandalarının oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək "Latsio" - "Apollon” matçı Bakı vaxtı ilə saat 20:55-də start götürəcək.