:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

UEFA-nın 40 nəfərlik heyəti Bakıdadır

Font

UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb.

Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.

Sentyabrın 14-dək davam edəcək səfər proqaramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan-zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və sair məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.