:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bağlanmış bankların müştərilərinə krediti "ASAN ödəniş" sistemi ilə ödəmək imkanı yaradılıb

Font

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklara kredit ödənişlərinin mərkəzləşdirilmiş qaydada təşkil edilməsi, yığımların operativliyinin və müştərilərin rahatlığının təmin edilməsi məqsədi ilə, daxili informasiya sisteminin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki "İnnovasiyalar Mərkəzi" MMC-nin "ASAN ödəniş” portalına inteqrasiyası edib.

"Report" Fonda istinadən xəbər verir ki, bununla da bağlanmış bankların müştərilərinə krediti"ASAN ödəniş” sistemi vastəsi ilə - sistemin terminallarından nağd formada və asanpay.az portalı vasitəsi ilə nağdsız qaydada odəmək imkanı yaradılıb.

Vətəndaşlar ADIF-in www.adif.az - internet səhifəsindəki "Kreditlərin onlayn ödənişi” bölməsinə daxil olmaqla "ASAN ödəniş” sisteminə keçid ala bilərlər.

Qeyd edək ki, Fondun saytı müasir tələblərə cavab verən dizaynda istifadəyə verilib. Yeni sayt bir çox texniki yeniliklərdən istifadə etməyə imkan yaradır. Burada əmanətlərin sığortalanması sisteminə aid əsas anlayışlar, qüvvədə olan qanunvericilik aktları, ADIF-in fəaliyyətinə dair normativ-hüquqi aktlar, Fondun ləğvedici funksiyasını ehtiva edən və digər məlumatlar yerləşdirilib.