:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda ''Xruşşovka''ların alqı-satqısı dayandırıldı

Font

Bakıda ''Xruşşovka'' tipli binalarda mənzillərin alqı-satqısı dayandırılıb.

BAKU.WS xəbər verir ki, paytaxtın əksər ərazilərində bir çox 5 mərtəbəli binalarda mənzillərin alqı-satqısı ilə bağlı əməliyyatlar dayandırılıb.

Bu barədə paytaxt sakinləri BAKU.WS-ə bildiriblər. Paytaxt sakini Cavid Babayev bildirib ki, Gənclik metro stansiyası yaxınlığında ''Xruşşovka''da mənzili var. O, həmin evi satmaq istəyib. Bu barədə ev alqı-satqısı ilə məşğul olan ev dəllallarına müraciət etsə də, ona köməklik edilməyib. Dəllarlar bildiriblər ki, xüsusi tapşırıq gəlib ki, ''Xruşşovka''larda evlərin satışı dayandırılır.

Məsələ ilə əlaqədar bir neçə ev dəllalları ilə əlaqə saxladıq. Məlum oldu ki, həqiqətən də, bəzi yerlərdə köhnə tikililərdə evlərin alqı-satqısı dayanıb.

Bildirilir ki, evlərin alqı-satqısı ''Xruşşovka'' tipli binalaırn söküləcəyilə bağlı planlaşdırma ilə bağlıdır.