:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Yuventus" ardıcıl üçüncü qələbəsini qazanıb

Font

İtaliyanın "Yuventus" klubu futbol üzrə İtaliya A Seriyasının 3-cü turunda "Parma" üzərində qələbə qazanıb.

Parma şəhərinin "Ennio Tardini" stadionunda keçirilən görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçda hesab 2-ci dəqiqədə açılıb. Mario Mancukiç Xuan Kuadradonun cərimə meydançasına göndərdiyi topu qapıdan keçirib. 33-cü dəqiqədə ev sahibləri Jervinyonun qolu sayəsində hesabda tarazlıq yaradıblar.

İkinci hissədə xorvat futbolçu Mancukiç yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə o, məhsuldar ötürmə ilə yadda qalıb. Marionun daban ötürməsini Bleza Matüidi rəqib qapısının sol küncünə yönəldib.

Turin klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu bu dəfə də komandada qol hesabını aça bilməyib.

"Yuventus" (9 xal) hazırda A Seriyasında birinci, "Parma" (1 xal) isə 15-ci pillədə qərarlaşıb.

İtaliya A Seriyası. 3-cu tur

"Parma" – "Yuventus" - 1:2

Qollar: 0:1 – Mancukiç – 2, 1:1 – Jervinyo – 33, 1:2 – Matüidi – 58