:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının promo-videoçarxı təqdim olunub

Font

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ilə bağlı promo-videoçarx hazırlanıb.

Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında yerləşdirilən videoda Azərbaycan böyük enerji resurslarına və zəngin mədəniyyətə malik olmaqla yanaşı, Odlar Yurdu və Cüdo Yurdu kimi təqdim olunur.

"Cüdo ulduzları sentyabrda Azərbaycanda ilin ən böyük idman tədbiri sayılan dünya çempionatında qarşılaşa bilərlər. Bizə qoşulun ki, cüdoçuların idman dəyərlərindən necə dərs keçdiklərini, Odlar Yurdunun həm də Cüdo Yurdu olduğunu görəsiniz", -promo-videoçarxdavurğulanır.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.