:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Beşiktaş" Serbiya yığmasının futbolçusunu heyətinə qatıb

Font

Türkiyənin "Beşiktaş" klubu İtaliya "Torino"sunun və Serbiya milli komandasının futbolçusu Adam Lyayiçi heyətinə qatıb.

"CNN Türk" xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin klubu və özü ilə razılıq əldə edib. Serbiyalı oyunçu 1 illik icarə əsasında "Beşiktaş"da çıxış edəcək.

Artıq agenti Maris Doloviç sosial şəbəkədə futbolçu ilə birlikdə İstanbula getdiklərini yazıb.

Qeyd edək ki, Adam Lyayiç Serbiya milli komandasının heyətində son olaraq, Rusiyada keçirilmiş dünya çempionatında çıxış edib.