:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

UEFA Azərbaycan və Ermənistanın eyni qrupda yer almamasına dair qərarını dəyişməyəcək

Font

UEFA münaqişəli ölkələrin komandaları arasında oyunların keçirilməməsinə dair qərarını 2018-2019 mövsümündə dəyişməyəcək. Bu barədə "İzvestiya"ya UEFA-dan açıqlama verilib.

Bildirilir ki, Azərbaycanla Ermənistan, Rusiya ilə Ukrayna, Serbiya ilə Kosovo, Bosniya və Herseqovina ilə Kosovo və İspaniya ilə Cəbəllütariq eyni qrupda yer almayacaqlar. 2020-ci il Avropa çempionatının təsnifat mərhələsinin püşkatma prosedurunun isə gələcəkdə açıqlanacağı bəyan olunub.

Rusiya və Ukrayna komandaları arasında oyunlara icazə verilməsi xahişi ilə UEFA-ya beynəlxalq "Sport for all" təşkilatı müraciət etmək niyyətindədir. Qurum bu təşəbbüsü hər iki ölkənin deputatlarının da dəstəklədiyini bildirib.

Qeyd edək ki, münaqişəli ölkələrin komandalarının ayrı-ayrı qruplara salınmasına dair qərarı UEFA İcraiyyə Komitəsi qəbul edib. Bu mövsüm Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda, Avropa Liqasının finalı isə Bakı Olimpiya Stadionunda keçiriləcək. Eyni zamanda, 2020-ci il Avropa çempionatı qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq.