:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycan gimnastları Dünya kubokunun qalibi olub

Font

Kazanda bədii gimnastika üzrə dünya çempionatı öncəsi (11-16 sentyabr, Sofiya) "Challenge” seriyasına aid sonuncu Dünya Kuboku öz işinə yekun vurub.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizi qrup proqramında təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Doman və Zeynəb Hümmətova 2 ip və 3 topla icra etdikləri kompozisiyaya görə 20 ölkə arasından finala çıxmağı bacarıblar. Qızlarımız final çıxışında isə 7-ci yerdə (19.750 xal) qərarlaşıblar.

Qeyd edək ki, il ərzində təşkil olunmuş "Challenge” seriyasına aid bütün Dünya kuboklarının yekun xallarına əsasən, Azərbaycanın qrup hərəkətləri komandası məhz onlara dəfələrlə medal qazandırmış 2 ip və 3 topla nümayişlərinə görə bütün rəqiblərini geridə qoyaraq qalib olublar.