:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Borussiya" Vitsellə daha da gücləndi

Font

Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sport24.az xəbər verir ki, Dortmund təmsilçisi Belçika yığmasının yarımmüdafiəçisi Aksel Vitseli heyətinə qatıb. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

Çinin "Tyantzin Tyantsyan" klubundan transfer edilən 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Borussiya" Vitselin azad agent statusunu alması üçün 20 milyon avro təzminat ödəyib.

Belçikanın "Standard" klubunun yetirməsi olan Aksel 2011-ci ildə "Benfika"ya transfer olunub. Bir mövsüm sonra isə o, 40 milyon avroya Rusiyanın "Zenit" klubuna keçib.

Belçika yığmasında 96 oyun keçirmiş yarımmüdafiəçi Çin klubunda 2017-ci ilin yanvar ayından forma geyinirdi.