:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyə Super Kubokunun sahibi müəyyənləşib - VİDEO

Font

Türkiyə Super Kuboku uğrunda çempion "Qalatasaray" və ölkə kubokunun sahibi "Akhisarspor" komandaları arasında oyun keçirilib.

Konya Böyükşəhər Bələdiyyəsinin stadionunda təşkil olunmuş qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Beşinci dəqiqədə "Akhisarspor"dan Yevgeni Seleznyov hesabı açıb. 79-cu dəqiqədə Eren Derdiyok bərabərlik qolunu vurub. Əlavə vaxtda da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman "sarı-qırmızılar"dan Batefimbi Qomis zərbəni dəqiq yerinə yetirməyib. "Akhisarspor" isə bütün penaltilərdən yararlanaraq, 5:4 hesablı qələbə qazanıb.

Beləliklə, Fatih Terim "Qalatasaray"ın sükanı arxasındakı 400-cü matçından məğlub ayrılıb. "Akhisarspor"un yeni baş məşqçisi Saffet Suşiç isə debüt oyununda kluba tarixində ilk dəfə kubok qazandırıb.

Bu matçda Türkiyə futbolu tarixində ilk dəfə VAR sisteminə müraciət olunub. 44-cü dəqiqədə Qari Rodriges Dani Nunkeunu keçmək istərkən yerə yıxılıb. Baş hakim Cüneyt Çakır Nunkeuya sarı vərəqə göstərib. Lakin "Qalatasaray" vərəqənin qırmızı olmasını tələb edib. Bu zaman epizodu yenidən izləyən Çakır qərarının doğru olduğu qənaətinə gəlib.