:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ETSN: Bu il Azərbaycanda meşə və çöl ərazilərində 19 yanğın hadisəsi baş verib

Font

"Bu ilin 7 ayında Azərbaycanda meşə və çöl ərazilərində 19 yanğın hadisəsi baş verib".

Bunu mətbuat konfransında ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, bu ilin ötən dövründə baş verən yanğın hadisələri nəticəsində 701 hektar meşə və çöl əraziləri yanğına məruz qalıb.

H.Əlizadə qeyd edib ki, bu il yanğınlar Şabran, Oğuz, Yardımlı Ağdaş, Lənkəran, Xaçmaz, Xızı, Ağsu, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göyçay, Masallı, Şəki Və Siyəzən rayonlarında qeydə alınıb.