:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İquayn "Yuventus"u "Milan"a dəyişdi

Font

"Yuventus" hücumçusu Qonsalo İquaynı icarəyə verib.

Futbol11.az xəbər verir ki, argentinalı futbolçu yeni mövsümdə "Milan"ın heyətində çıxış edəcək. Tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

"Rossonyerlər" 30 yaşlı forvard üçün Turin təmsilçisinə 15 milyon avro ödəyəcək. "Milan" həmçinin gələn yay İquaynı birdəfəlik transfer etmək hüququna malik olacaq.

İquayn "Milan"a keçidini belə şərh edib: "Yeni bir macərəya hazırlaşırdım. Bu gün tibbi müayinədən keçəcəm və müqavilə imzlayacam. Leonardo Arauxo məni "Milan"ı seçməyə məcbur edən insan oldu".

Qeyd edək ki, "Yuventus" Qonsalo İquaynı 2016-cı ildə 90 milyon avro müqabilində "Napoli"dən transfer etmişdi.