:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Mançester Yunayted" hücumçusunu cəzalandırıb

Font

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Antoni Marsyalı 200 min avro məbləğində cərimələyib.

"The Sun” xəbər verir ki, buna səbəb 23 yaşlı hücumçunun 8 gün ərzində icazəsiz komandanın düşərgəsində yer almamasıdır.

Fransalı forvard ötən həftə oğlu dünyaya gəldiyi üçün Parisə gedib.

Qeyd edək ki, Marsyal 2015-ci ildən "Mançester Yunayted"də çıxış edir. Baş məşqçi Joze Mourinyo ilə münasibəti yaxşı olmayan hücumçunun komandadan ayrılacağı gözlənilir.