:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hülya Avşarın rəqsi başına bəla oldu-Video

Font

Hərəkət edən maşından enərək rəqs edən Hülya Avşar cərimələnəcək.

Türkiyə mətbuatı xəbər verir ki, Amerikada başlayan, qısa müddətdə sosial mediada yayılan "Do the Shiggy” (Bu zaman avtomobil sahibləri hərəkət edən maşından enərək yolda rəqs edirlər) trendinə Hülya Avşar da ayaq uydurmaq istəyib. Lakin onun cəhdi uğursuz alınıb. Belə ki, maşın sürətl onun yanından uzaqlaşıb. Avşar bu videonu İnstaqramda paylaşıb.

Ancaq Avşarın kadrları başını dərdə salıb. Yeni qərara əsasən təhlükəli trendə ayaq uydurmaq istəyənlərə 235 TL cərimə yazılacaq. Bundan başqa sürücü xəstəxanaya aparılaraq psixoloji müayinədən keçəcək.