:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda nikaha daxil olmaq istəyən 69 nəfərin İİV-ə yoluxduğu aşkarlanıb

Font

Bu ilin 6 ayı ərzində Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər arasında İİV infeksiyasına yoluxduğu aşkar edilən şəxslərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1 iyun 2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 6 ayı ərzində 64786 şəxs İİV-ə görə müayinəyə cəlb olunub.

Onlardan 69 nəfərdə ilkin İİV müsbət nəticə qeydə alınıb.

Bu il İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişib,həmçinin Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2018-ci ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5937 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır.

Onlardan 4204-su (70,8%) kişi, 1733-i (29,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 2080 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 904 nəfər olub.