:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazirlik: Azərbaycandakı sərnişin və yük avtomobillərinin əksəriyyətinin istismar müddəti bitib

Font

"Azərbaycanda sərnişin və yük daşınmasında iştirak edən nəqliyyat vasitələrinin xeyli hissəsinin istismar müddəti bitib".

Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş konfransda deyib.

İ.Əliyev qeyd edib ki, bu cür nəqliyyat vasitələrinini magistral yollarda istifadə edilməsi yol qəzalarının baş verməsinə səbəb olur.

Onun sözlərinə görə, həm yerli, həm də beynəlxalq yük və sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrinin yenilənməsinə ehtiyac var: "Bu istiqamətdə islahatlar aparılmalıdır. Bununla bağlı müəyyən layihələr və təkliflər hazırlanır, işlər tam başa çatdıqdan sonra bu barədə ətraflı məlumat verəcəyik”.