:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Milanın əfsanəsi geri dönür?

Font

"Milan"-nın əfsanəsi Paolo Maldini kluba geri qayıda bilər.

Xarici media xəbər verir ki, 2009-cu ildən bu günə qədər dəfələrlə onun kluba qayıtması ilə bağlı yayılan xəbərlər öz təsdiqini tapmasa da bu dəfəki təkliflər onun etiraz edə bilməyəcəyi səviyyədədir.

Əfsanəvi kapitana "Milan" klubunun vitse-prezidenti vəzifəsi təklif olunub. Maldinini isə sonuncu dəfə yayılan bu informasiyalara açıqlamasında Milana qayıtmağı düşünmədiyini demişdi.

Bu dəfə "Milan"ı yenidən radikal bir dəyişiklik gözləyir. Yaxın günlərdə prezident Paolo Skaroni ilə görüşdən sonra idman direktoru Massimiliano Mirabellinin də istefası barədə yekun qərar qəbul ediləcək.